Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzi tərəfindən Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində "Bank əməliyyatları qanunvericiliklə mövzusunda seminar keçirilib.
Unikal.org xəbər verir ki, seminar zamanı bank əməliyyatlarına dair qanunvericilik tələbləri, bankın aktiv, passiv və vasitəçilik əməliyyatları, nağdsız əməliyyatların qanunverilicik tələbləri və çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri müzakirə olunub.
Təcrübə mübadiləsi ilə zəngin və interaktiv olan təlimdə 11 nəfər yerli bank filiallarının əməkdaşları iştirak ediblər. Təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatla təltif olunublar.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsi və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.