"Azərbaycanda gömrük rüsumları malın dəyərinin maksimum 15%-i qədərdir və bu sahədə artım yoxdur".
Unikal.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov deyib.
O, ölkədə bəzi mallara spesifik rüsumların tətbiq edildiyini bildirib: "Məhsuldan asılı olaraq 15% və yaxud 10% gömrük rüsumu tətbiq edilə bilir. Gömük rüsumları dərəcələrinə görə 3 qrup - advalor, spesifik və kombinə edilib. Sonuncu adından göründüyü kimi, əvvəl qeyd edilən hər iki dərəcə növünü özündə birləşdirir. Spesifik rüsumlar xüsusilə spirtli içki, tütün məhsulları, avtomobillərə tətbiq edilir. Digər məhsullara isə advalor rüsumlar tətbiq edilir".
Ə.Hüseynov mövsümi gömrük rüsumları barədə də danışıb: "Bu üsumlar xüsusilə kənd təsərrüfatı məhsullarına, maksimum 15% olmaqla və maksimum 6 ay müddətinə tətbiq edilir".
Ə.Hüseynov kərə yağına qoyulan dövlət rüsumunun 15%-dən 10%-ə endirildiyini də xatırladıb.