"Nar operatoru Naxçıvan üçün xüsusi təkliflə çıxış edib.
Unikal.org xəbər verir ki, artıq "Turbo L paketini 50% endirimlə əldə etmək mümkündür.
Paketi aktivləşdirən abunəçi 1,5 GB interneti 3 manata əldə edir. "Turbo L paketini 11-15 iyun tarixləri arasında sifariş edən bütün abunəçilər bu endirimdən yararlana biləcəklər. Paketin istifadə müddəti 30 gündür. İstifadə müddəti bitdikdən sonra paket standart şərtlərlə avtomatik olaraq aktivləşir.
Kampaniyaya qoşulmaq üçün *777#04#yes yığmaq və ya +L yazıb 777 nömrəsinə göndərmək lazımdır. Bonusları yoxlamaq üçün isə *777#20#YES yığmaq kifayətdir. Bu təklif yalnız müvafiq SMS bildirişini alan "Nar abunəçilərinə şamil olunur. Kampaniya haqqında daha ətraflı məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək olar:https://www.nar.az/turbo-l-nakhchivan
"Azerfon şirkəti ("Nar ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.