Bu il Şəki və İmişli şəhərlərində regional "ASAN xidmət mərkəzləri fəaliyyətə başlayacaq.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Qurum rəhbəri bildirib ki, bununla da Azərbaycanda "ASAN xidmət mərkəzlərinin sayı 15-ə çatacaq.
Ü.Mehdiyev əlavə edib ki, növbəti illərdə daha 5 "ASAN xidmət mərkəzinin açılması planlaşdırılır.