CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 76,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,21 dollar/barel azdır. 

Unikal.org xəbər verir ki,bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 76,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 13-də 73,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 13-də 74,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.