Bu gündən Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə çimərlik mövsümü açıqelan edilib. Əməkdaşlarımız bəzi çimərliklərə baş çəkərək vəziyyət və qiymətlər barədə maraqlanıblar. Məlum olub ki, çimərliklərdəki qiymətlərfərqlidir.
Unikal.org bildirir ki, özəl çimərlik obyektlərinin nümayəndələri deyir ki, mövsüm yeni başladığından xidmət haqları o qədər də baha deyil.
Çimərliyə gələnlər qiymtlərin münasib olduğunu deyirlər.
Amma uz tutduğumuz qonşu çimərlikdə isə qiymətlər fərqli idi.
Çimərliyin müdiri deyir ki, əməkdaşlar hər gün ərazini təmizləsələr də bura gələn müştərilər sahil xəttini mütəmadi çirkləndirir.
Qeyd edəki ki, çimərliklərdə dəniz suyundan götürülən nümunələrin nəticələri məlum olub. Gigiyena və Epidemiologiya Mərkəzinindən bildirilib ki, Qaradağ rayonunun "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərində dəniz suyunun normadan dəfələrlə artıq çirklənməsi müşahidə edilib. Bağırsaq çöpləri aşkarlanıb.
Çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etmək məqsədilə,Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.