CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 75,47 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,05 dollar/barel çoxdur.
Unikal.org bildirir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 74,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 19-da 72,25 dollar/barel təşkil edib ki, bu da, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 19-da 73,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.