"Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla xarici görkəmcə bir-birimizə çox oxşadığımız üçün bəzən bizi qarışdırırlar. İclaslarda mənə Azərbaycan barədə suallar verəndə əvvəl türk olduğum üçün soruşduqlarını zənn etdim. Heç demə Elmarla məni qarışdırıblar.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Vatan qəzetinə müsahibəsində deyib.
Çavuşoğlu da deyib ki, Məmmədyarovu da hərdən onunla qarışdırırlar. "Ona da bir dəfə təyyarədə Türkiyə barədə sual veriblər, elə biliblər mənəm-Çavuşoğlu deyib.