Bu gün saat 14:07-də Azərbaycana yay fəsli daxil olub.
Bu barədə unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bu günün gündüzü ilin ən uzun gündüzüdür, bu proses 14 saat 43 dəqiqə çəkir. Bu gündən etibarən yaz yay fəsli ilə əvəz olunur
Qeyd edək ki, yay fəsli sentyabr ayının 23-dək davam edəcək. Sentyabrın 23-ü saat 05:54:06-da Azərbaycanda payız fəsli başlayacaq.