Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev İran-Azərbaycan sərhədində silahlı insident baş verən əraziyə gedib.
DSX-dən Unikal.org-a verilən məlumata görə, iyunun 21-də saat 02:45 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayoÂnuÂnun BayÂxanlı kəndinin yaxınlığınÂdakı sərhəd zastaÂvaÂÂsıÂnın xidÂməÂti ərazisində dövlət sərhəÂdinin poÂzulmasına cəhd edilib.
Sərhəd naryadı tərəÂfinÂdən İran İslam ResÂpubÂlikasından AzərÂbayÂcan ResÂpubÂlikası istiqaməÂtində silahlı şəxslərin hərəkəti aşkar olunÂÂÂmuş və qarşısı alınmışdır.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd narÂyadının qanuni tələbinə və xəbərÂdarlıq atəşinə tabe olÂmaÂyan sərhəd pozuÂcuÂları tərəfindən sərhəd narÂyadına qarşı silah tətbiq edilmişdir. Baş vermiş hadisə zamanı sərÂhəd narÂyaÂdının başÂçısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağıÂrılmış əsgər KuruÂpov RaÂÂmaÂzan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən gülÂlə yaraları almışdır. Dövlət sərhəÂdini pozmağa müÂvəfÂfəq ola bilməyən sərÂhəd pozuÂcuları geri qaçmışlar.
Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım gösÂtərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxanaÂsına təxliyə edilmişdir. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliyÂyat olunmuşdur.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polÂkovÂnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam etÂdiÂrilÂməsinə dair zəruri tapşırıqlar vermişdir.
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra haÂkiÂÂmiyÂyətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri CəliÂlabad rayon mərkəzi xəstəxanasında əsgər R.KuÂrupova baş çəkmiş, səhhətinin vəziyyəti ilə maraqlanmışlar.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in CəliÂlabad rayon şöbəsiÂnin əməkdaşlarına dərin minnətdarlığını bildirÂmişÂdir.
Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Kurupov RaÂÂmazan Məmməd oğlu xidməti vəzifələrinin icraÂsında göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunÂmuşdur.
Hadisə ilə əlaqədar zəruri tədbirÂlər həyata keçirilir. Fakt üzrə HərÂbi ProÂkuÂrorluq tərəfindən cinayət işi başlanılmışdır.