Rumıniyanın nüfuzlu maliyyə-analitik qəzeti "Ziarul Financiar (Maliyyə Qəzeti) SOCAR-ın Rumıniyada törəmə şirkəti "SOCAR Petroleum S.A.ın 2017-ci ildə 28 faiz artım göstərməsi barədə yazır.
Unikal.org xəbər verir ki, məqalədə qeyd edilir ki, şirkət Rumıniya yanacaq bazarının birinci onluğuna daxil olan şirkətin 2017-ci ildə maliyyə dövriyyəsi 731 milyon lei (təxminən 309 milyon manat) təşkil etmişdir. Rumıniyada 39 yanacaqdoldurma məntəqələrinə sahib olan SOCAR bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Rumıniya Milli Statistika İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ölkədə 2100 yanacaqdoldurma məntəqələrində maliyyə dövriyyəsi 9,6 milyard avroya çatmışdır. Bu isə 2016-cı illə müqayisədə 10 faiz artıq göstərici deməkdir. Rumıniyanın yanacaq bazarının əsas oyunçuları keçən illərdə olduğu kimi "OMV Petrom, "Rompetrol, MOL və "Lukoil şirkətləridir.