Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Ə.Kürçaylı küçəsi 5, 7, 9 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Unikal.org xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Sakinlər yaşadıqları ərazidə abadlıq işlərin aparılması, liftlərin, kanalizasiya sisteminin təmir edilməsi, binada giriş qapılarının qoyulması, məhəllələrdəki ağacların suvarılması üçün su kranlarının qoyulması, məhəllədaxili yolların asfaltlanması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Qəbulda sakinlərin təklif və rəyləri dinlənilib, müvafiq izahatlar verilib, qaldırdıqları məsələlərinhəlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Rayon sakinləri ölkəmizdə, eləcə də rayon ərazisində gedən genişmiqyaslı abadlıq və quruculuq işlərini, aparılan köklü islahatları, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.