"Təbiətə, yaşıllığa israfçılıq prizmasından baxılması artıq dünyanın heç bir nöqtəsində qəbul edilmir. Bizdə də bu proses gedir, ətraf mühitə tədricən qayğıkeş münasibət formalaşır. Amma təəssüf ki, bəzən yaşıllıqlara qarşı biganə, sevgisiz münasibətin də şahidi oluruq.
Unikal.org xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün ölkədəki yaşıllıqlara həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, insanların ətraf mühitə, yaşıllıqlara münasibətinin dəyişdirilməsi üçün media nümayəndələrinin və ictimaiyyətin dəstəyinə böyük ehtiyac var: "Hesab edirik ki, yaşıllıqlara qarşı zərərverici münasibət göstərənlər ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməli, onların biganəliyi ağaclara sevgi ilə əvəzlənməlidir. Uşaqdan böyüyədək yaşıllığın qorunmasına münasibət dəyişməli, hər bir ağaca dəyər verilməli və məhəbbət göstərilməlidir. Bu mətbuat konfransında da məqsədimiz odur ki, məhz sizlərin köməyi ilə buna nail olaq.
Bilirsiniz ki, bir ağacın yetişdirilməsi üçün minumum 30 il vaxt tələb olunur, lakin bəzən etinasızlıq edilir, ağaclar kəsilir və təsəvvür edin ki illərlə çəkilmiş zəhmət bir an içərisində heç olur.
İ. İbrahimovanın sözlərinə görə, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz ağac kəsintisinə yol verilir: "Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır.
Ona görə də bu sahədə həm güclü təbliğat işinin aparılmasına, digər tərəfdən də tələbkarlığın, yəni yaşıllıqların mühafizəsi sahəsində mövcud qanunvericilikdə dəyişikliklərin edilməsinə və daha sərt sanksiyaların tətbiqinə ehtiyac var. Bu balans, bu tarazlıq saxlanılmalıdır.
Nazirlik sözçüsü paytaxtda ən çox ağac kəsilən rayonların adını açıqlayıb: "Şikayətlər əsasən Nəsimi, Xətai, Sabunçu, Binəqədi, Suraxanı və Yasamal rayonlarından gəlir. Ən çox da ağac kəsimi fiziki şəxslər, yəni sahibkarlar tərəfindən həyata keçirilir.
Hesab edirik ki, yaşıllıqların kəsilməsi hallarının qarşısının alınması üçün hamılıqla sərt mövqe nümayiş etdirilməliyik, yaşıllığı məhv edənlər elə bir cəza almalıdır ki, ağac kəsmək niyyətində olanlar həm qorxsun həm də məsuliyyət hiss etsin. Məncə cəmiyyətin sərt münasibəti ilə birgə cərimələrin də dəfələrlə artırılması üsulu daha effektiv nəticə verə bilər.
Milyonlarla sərmayə qoyub obyekt tikən sahibkar üçün 10, 15 min manat cərimə elə də çox məbləğ deyil.əri olmayan "TOZ-16 markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.