Bakıda qayınata boşanan gəlinin oğlu və ailəsindən şantaj yolu ilə qızıl tələb etdiyini iddia edib.

Muradov Cavanşir Əsəd oğlu Unikal.org-a açıqlamasında bildirib ki, keçmiş gəlini Muradova Kamilə Hacıəhməd qızı 2018-ci ilin fevral ayında oğlu Şahin Muradovdan boşandıqdan sonra qızıllarının guya bizdə qalıb, qaytarılması ilə bağlı yenidən məhkəməyə müraciət edib.

Surxanı rayon məhkəməsinin hakimi Ramin Həsənov əsassız olaraq keçmiş gəlinimin bizə qarşı (oğluma) irəli sürdüyü tələbi tanıyıb və sözügedən qızılları 1 ay müddətində qaytarmağımıza qarşı qətnamə çıxarıb:

"Oğlum Şahin Muradov 2015-ci avqustun 23-də Muradova Kamilə Hacıəhməd qızı ilə ailə həyatı qurub və cütlüyün bir övladları dünyaya gəlib. Oğlum ilə gəlinim arasında tez-tez mübahisə olduğu üçün 2018-ci ilin fevral ayında boşandılar. Halbuki, gəlinim boşanana kimi oğluma məxsus sənədləri - diplom, şəxsiyyət vəsiqəsi, xarici pasportu, həmçinin özünə və oğluma məxsus 3500 manatlıq qızılları da aparmışdı. Fevral ayında boşanan zaman sözügedən sənədlər məhkəmənin qərarı ilə gəlinim oğluma qaytardı. Bununla belə, gəlnimə məxsus 33 minlik cer-cehizi də onlara qaytardıq.

O deyib ki, boşandıqdan bir neçə ay sonra oğlum yenidən Suraxanı rayon məhkəməsinə çağrıldı: "Məlum oldu ki, gəlinim guya ona məxsus qızıllar (13300 manatlıq) bizdə qalıb. Sözügedən qızılların qaytarılması üçün məhkəməyə müraciət edib. Halbuki özünə və oğluma məxsus qızılları apardığı halda o bizdən şər-böhtan yolu ilə yenidən qızıllar tələb edir. Məhkəməyə bütün sübutlar təqdim etməyimizə baxmayaraq, Surxanı rayon məhkəməsinin hakimi Ramin Həsənov onların xeyrinə qərar çıxardı və bizə sözügedən qızılları qaytarmaq üçün 1 ay vaxt verdi.

Cavanşir Muradov oğlu tərəfindən aliment ödəmələrinə baxmayaraq, gəlini Muradova Kəmalə Hacıəhməd qızının nəvələrini bir dəfə də olsun onlara göstərməməsindən də şikayət edib: "Bu uşaq həm də oğlumun övladıdır. Nəyə görə, onlar bu körpəni bizə göstərməməlidirlər?! Dövlətin təyin etdiyi alimentidə ona veririk. Başqa nə istəyirlər!.