Bu ilin sonunda Rusiyada həbsdə olan gürcüstanlı kriminal avtoritetTariel Onianiazadlığa buraxılacaq.
Unikal.org yenicag-a istinadən xəbər verir ki, vaxtilə bu bölgədə tanınmış "qanuni oğru"lardan olan bu şəxsin sərbəst buraxılandan sonra yeni macəralara başlayacağıistisna olunmur.
Lakin bu xəbərimizdə onun özündən yox, gözəlliyi ilə Rusiya və dünya mətbuatının gündəminə düşən qızından -Qvantsa Onianidənbəhs edəcəyik. "Taro" ləqəbli avtoritetin qızı hazırda 25 yaşındadır. Gözəlliyi ilə seçilən Qvantsa lüks həyatı ilə də seçilir. Müxtəlif biznesmenlər tərəfindən təşkil olunan gecələrdə, toylarda, ad günlərində iştirak edən avtoritetin qızı Moskvada yaşayır. O, dünyanın müxtəlif ölkələrinə səyahətlər etsə də, ata vətəni Gürcüstanı da tez-tez ziyarət edir. Qvantsanın sevimli istirahət məkanı isə Yunanıstandakı Mikonos kurortu, Monako və Soçidir.
Maraq üçün onu da qeyd edək ki, atası vaxtilə İspaniyada həbs olunmaq təhlükəsi ilə üz-üzə qalsa da, aradan çıxmağı bacarıb. 2005-ci ildə baş verən həmin hadisələr zamanı 12 yaşı olan Qvantsa ispanlar tərəfindən saxlanılıb. Gürcüstan hökuməti gənc qızın azadlığa çıxması üçün çox çalışsa da, ispanlar "Taro" təslim olmayana qədər qızını buraxmayacağını bildiriblər. Lakin atası təslim olmaq fikrində olmadığından, 4 günlük həbsdən sonra İspaniya Qvantsanı azadlığa buraxmaq məcburiyyətində qalıb. Məhz həmin olaydan sonra Onioni ailəsi İspaniyanı tərk etmiş, Gürcüstan vətəndaşlığından da imtina edərək, Rusiyaya üz tutmuşdu.