İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən bildirir ki, İsmayıllı şəhər sakini, 1989-cu il təvəllüdlü Həsənov Etibar Ehtiram oğlu yaşadığı Rafiq Mehdiyev küçəsində şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu, 1988-ci il təvəllüdlü Həsənov Ceyhun Ramazan oğlunu bıçaqlayıb.
Ceyhun Həsənov döş qəfəsindən və qarın nahiyəsindən 3 bıçaq xəsarəti alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirdiyi üçün koma vəziyyətinə düşən Ceyhun Həsənov hazırda reanimasiya şöbəsindədir.
Hadisəni törədən Etibar Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Hadisəni törədən şəxsin sərxoş olduğu və davanın söyüşə görə baş verdiyi bildirilir. Etibar Həsənovun bir həftə əvvəl başqa bir qonşusu ilə dava etdiyi və ona da bıçaqla xəsarət yetirdiyi deyilir.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.