Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Ramin Eyyubovun evinə baxış zamanı oradan çəkisi 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.

Ağsu RPŞ-nin əməkdaşları Göydəlləkli kəndi ərazisindən çəkisi 1 ton olan 2134 ədəd, Ağdaş RPŞ-nin əməkdaşları isə Ağzıbir kəndi ərazisindən çəkisi 213 kiloqram olan 284 ədəd yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv ediblər.

Bu istiqamətdə tədbirər davam etdirilir.