27-28 iyun 2018-ci ildə Bakı şəhərində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Nəqliyyatçıların Həmkarlar İttifaqları Beynəlxalq Birlikləri ilə birgə «Nəqliyyatçıların əmək hüquqlarının həmkarlar ittifaqları tərəfindən müdafiəsi» mövzusunda VII beynəlxalq regional konfransı keçirilir.
Unikal.org xəbər verir ki, konfransın işində Beynəlxalq Əmək Təşkilatının, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının, Ümumhəmkarlar İttifaqları Konderasiyasının, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının, MDB və Baltikyanı ölkələrin Nəqliyyat işçilərinin 30 həmkarlar ittifaqından 80 nümayandə iştirak edir. Konfransa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin və Respublika nəqliyyatçılarının həmkarlar ittifaqları komitələrinin rəhbərləri də dəvət olunublar.
Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının sədri Nikolay Nikiforovun sədrliyi ilə keçirilən tədbirdə Konfransın təşkilat komitəsinin sədri Gennadi Kosolapov giriş sözü ilə çıxış edib.
Sonra Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Ümumhəmkarlar İttifaqları Konderasiyasının baş katibinin müavini Natalya Podşibyakina, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının dənizçilər seksiyası sədrinin birinci müavini Tomas Abraxamsson və nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Tədbirin ikinci günü Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiya Şurasının 54-cü sessiyası keçiriləcək.
Asudə vaxtlarda seminar iştirakçıları üçün Bakının tarixi və görməli yerlərinə, Nabrandakı "Lokomotov İstirahət Mərkəzinə ekskursiyalar da təşkil olunacaq.