Bakıda ölümlə təhdid edilən qadın polisə müraciət edib.
Unikal.org xəbər verir ki, ötən gecə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən 1985-ci il təvəllüdlü Zeynalova Firuzə Fariz qızı bildirib ki, Səbail rayonu ərazisində tanışının hücumuna məruz qalıb. Qadının bildirdiyinə görə, saat 00:10 radələrində Üzeyir Hacıbəyli küçəsində (Hökumət Evinin qarşısında) İslam adlı şəxs bıçaqla ona hücum edərək ölümlə hədələyib.
Qadın həmin şəxsin hansı məqsədlə hücum etdiyini qeyd etməyib.
Müraciət əsasında araşdırma aparılır.