Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un xəbərinə görə, sərəncama əsasən, Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib:
Novruz Məmmədov - Azərbaycan Respublikasının Baş naziri
Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini
Natiq Əmirov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri
"Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, â„– 11, maddə 1031; 2010, â„– 2, maddə 80; 2014, â„– 5, maddə 477; 2016, â„– 8, maddə 1384; 2017, â„– 8, maddə 1545) 1-ci hissəsi ləğv edilib.