Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər.
Unikal.org xəbər verir ki, bunu özəl olaraq Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: "Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur".