Bakıda əcnəbi vətəndaşdan oğuruq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, iyunun 26-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı hoteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S.Kişiyeva olduğu məlum olub. "Huawei markalı mobil telefon və üzük maddi sübut kimi ondan götürülüb.