Mingəçevir şəhərində boşanmaq üçün məhkəməyə gələn və əri tərəfindən öldürülən qadının adı məlum olub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu, Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü Təranə Fərmail qızı Nəbiyevadır.
Qeyd edək ki, qətlə yetirilən qadın 1 uşaq anası olub.
13:21
Mingəçevir şəhərində boşanmaq üçün məhkəməyə gələn qadın əri tərəfindən öldürülüb.
Unikal.org report-a istinadən xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsində boşanma işi zamanı ər qəfil arvadına hücum çəkərək boğaz nayihəsinə bıçaq zərbələri vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalara başlanılıb.