Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə və avto-nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb.
Unikal.org-un məlumatına görə, Milli Məclisin bu gün növbədənkənar sessiyada sonuncu plenar iclasında "Dövlət rüsumu haqqında qanuna dəyişiklik edilib.
Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manata, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu isə 17 manatdan 25 manata qaldırılıb.