Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilib.
Unikal.org xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan MR Adi Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
Fərmana əsasən Vəli Novruzov Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, V.Novruzov bundan əvvəl Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.