Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, rayon ərazisində olan parklardan birində gəzişən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əfqan Salmanov tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zamanı Əfqan Salmanov həmin şəxs tərəfindən bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Əfqan Salmanov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hazırda polis cinayəti törədən şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.