Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsinÂdə Astara rayonu ərazisində Astara şəhər sakini, 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.
DSX-nın Mətbuat mərkəzindən unikal.org-a verilən məlumata görə, fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəÂsinÂdə Astarada narkoÂtik vasitəni qəbul edərək sifarişçiyə çatdırÂmalı olan AsÂtaÂra şəhər sakini, 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müÂəyÂÂyən olunub.
İyulun 1-də əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in SumÂqaÂyıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şəÂhəÂÂrinÂdə narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyÂri-qanuni dövriyÂyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunÂmuş, Corat qəsəÂbə sakini, 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində Cinayət Məsuliyyətinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiÂqaÂmətində əməliyÂyat-axtarış tədbirləri davam etdirilir.