Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.


Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.


İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.


Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.


Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.