Bakı-Qazax magistral yolunun kənarında şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.

Unikal.org  APA-ya istinadən xəbər verir ki,  magistral yolun Goranboy rayonu Nizami kəndi ərazisindən keçən hissəsində yaşı təxminən 50-55 yaşlarında olan kişi meyiti tapılıb. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.