Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı anlar yaşanıb.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, proqrama qonaq olan əməkdar artist Elza Seyidcahan atasından danışaraq ağlayıb.
O, proqramın aparıcısı Zaur Kamala "Atamı tapsan, sənin heykəlini qoyaram" deyib:
"Atamla anam dayıqızı, bibioğlu olublar. Atam anamdan 10 yaş böyük olub. Hazırda 83 yaşı olar. Onlar ayrılmayıb. Sadəcə o vaxt atam pul qazanmaq üçün Rusiyaya gedib və bir daha geri qayıtmayıb. Ona görə, indiki gənclərə deyirəm ki, ərinizi pul dalınca heç hara göndərməyin. Yoldaşınız harada, siz də orada olun. Biz bir ana, bir atadan 4 bacıyıq. Amma atam həmişə oğlan arzusunda olub. O, bizi atmayıb, qisməti elə olub. Atam indi şikəst kimi də qarşıma çıxsa, ona baxaram".
Aparıcı isə atasının hazırda ağır xəstə olduğunu, Rusiyaya getdiyi zaman bir xanımla ailə qurduğunu və iki oğul övladının olduğunu bildirib.
E.Seyidcahan şou yaratmaq üçün ona yalan danışdığı təqdirdə Zauru bağışlamayacağını bildirsə də, aparıcı həqiqəti söylədiyini və az sonra atasını studiyaya gətirəcəyini vurğulayıb.