Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Binə qəsəbəsinin "Südçülük sovxozu" adlı ərazisində yaşayan 1990-ci il təvəllüdlü Məmmədov Tarıyel Rəşid oğlu həyat yoldaşının qohumları ilə dava edib.

Dava zamanı o, döyülərək bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.