Yaponiyada davam edən leysan yağışları nəticəsində itkin düşənlərin sayı artıb. Unikal.org xarici mətbuata istnadən xəbər verir ki, 38 nəfərə yaxın adamdan xəbə alınmayıb.
Leysan yağışları, daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin 15-ə çatıb.
Ölkənin müxtəlif prefekturalarında ümumilikdə 0,5 milyon insana təxliyyə olunmaq tövsiyə edilib.
Bildirilir ki, itkin düşənlərin çoxu yarısından çoxu Kioto prefekturasının sakinləridir. Orada çayların suyunun səviyyəsi böhran həddinə yüksəlib.
Yaponiya hökuməti yanında təbii fəlakətin fəsadlarının aradan qaldırılması işlərini əlaqələndirən və informasiya toplayan qərargah yaradılıb. Bundan başqa, ölkənin bəzi yerlərində bu işlərə Özünümüdafiə Qüvvələrinin döyüşçüləri cəlb edilib.