Türkiyənin təhlükəsizlik sektorunda fəaliyyət göstərən «Ekin Teknoloji Sanayi ve Ticaret» şirkətinin Bakı metrosunda qurraşdırdığı kameralar vasitəsilə axtarışda olan şəxs tutulub.
Unikal.org xəbər verir ki, Ekin Texnologiya İdarə heyətinin rəhbəri Akif Ekin bildirib ki, sözügedən kameralar vasitəsilə Azərbaycanda axtarışda olan bir adamın metroya mindiyi məlum oldu. Hüquq-mühafizə orqanları Bakı metrosunda əməliyyat təşkil edərək sözügedən şəxsi tutdular.
Akif Ekin həmçinin deyib ki, Bakı metrosunda sözügedən kameralar vasitəsilə daha bir hadisənin qarşısı alınıb. O deyib ki, Bakıda ailəsi tərəfindən axtarılan uşaq Ekin Teknoloji şirkətinin üz tanıma sistemiylə tapılıb: "Bakı metrosuna girən bir uşaq üz tanıma sistemiylə araşdırıldı. Onun itən bir uşaq olduğu təsdiq edilərək ailəsinə qovuşdu.