Avtomobil bazarlarında durğunluq hökm sürür. Bazarda təklif çox olsa da, alıcı azdır. Buna səbəb kimi isə qiymətlərin yüksək olması göstərilir. Nisbətən ucuzlaşma isə kondisoneri olmayan avtomobillərin satışında müşahidə edilir.
Unikal.org xəbər verir ki, istənilən markada və qiymətdə maşın var, amma alıcı tapılmır. Maşın bazarındabir neçə müddətdir ki, qiymətlərin qalxması bazarda durğunluq yaradıb.
Satıcılar deyir ki,maşınların qiyməti əvvəlki aylarda necədisə indi də elə qalıb.Nisbətən ucuzlaşma isə kondisiıonersiz avtomobillərdə müşahidə edilir.
Həftələrlə bazarda münasib qiymətə avtomobil axtarıbtapa bilməyənlər də var..Alıcılar deyir ki,büdcələrinə uyğun maşın ya tapılmır,ya da əlavə xərc tələb edir.
Satıcılar deyir ki, bazarlarda uzun müddət durğunluq davam etsə də qiymət enməsi gözlənilmir.(xəzərxəbər)