İyulun 8-də DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Yalama Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində üç gün əvvəl Xudat şəhəri ərazisində yerləşən "Topaz məntəqəsinin xəzinəsindən qizli yolla 160 manat pul ogurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan unikal.org-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun Quba ərazisində yerləşən başqa bir "Topaz məntəqəsindən 180 manat və Xudat şəhər ərazisində yerləşən kafelərin birindən 25 manat oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı N.Məmmədov törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı araşdırmalar aparılır.
Nizami Məmmədovun başqa bölgələrdə analoji cinayətləri törədib törətməməsi araşdırılır. Onun cinayət əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102 Zəng Mərkəzi Xidmətinə, həmçinin aidiyyəti üzrə Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.