Rusiyanın ən qalmaqallı əlbəyaxa döyüş ustalarından biri, şovinist, irqçi və neonasist Vladislav Datsiklə əlaltıları həbs olunublar.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, "Narıncı Tarzan" kimi tanınan Datsiklə adamları mayın 17 və 18-də Sankt-Peterburqda iki fahişəxanaya hücum ediblər. 
Onlar fahişəxanaların olduğu mənzillərin qapılarını sındararaq içəri giriblər, əxlaqsız qadınlarla onların müştərilərini lüt soyunduraraq küçəyə çıxarıblar. 
6 əxlaqsız qadınla 2 "müştəri" kişi lüt vəziyyətdə küçədə "marş"da olarkən polis olaya müdaxilə edib.

Sabiq MMA döyüşçüsü, kikboksçu V.Datsik yarım il əvvəl həbsdən azadlığa çıxan kimi fahişəxanalara "savaş" elan etmişdi.