FİFA İngiltərə Futbol Assosiasiyasına qarşı intizam işi açıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, FİFA ingilis azarkeşlərin DÇ-2018-in yarımfinalında Xorvatiya ilə keçirilən oyunda davranışlarını araşdırır. Ali futbol qurumu ingilis azarkeşlərin diskriminasiya xarakterli hərəkətlərə yol verdiklərini iddia edir.
FİFA rəsmisi mətbuata açıqlamasında bu məlumatı təsdiqləyib: "Təsdiq edirik ki, ingilis azarkeşlərin diskriminasiya xarakterli hərəkətlərə yol verməsi ilə bağlı bizə hesabat daxil olub. İngiltərə Futbol Assosiasiyasına qarşı iş açılıb.
İngiltərə yarımfinalda Xoprvatiyaya 1:2 hesabı ilə məğlub olub.