Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında görüş iyulun 16-da, Finlandiyanın paytaxtı Helsinkidə yerli vaxtla saat 13:00-da başlayacaq.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.

Onun sözlərinə görə, dövlət başçıları görüşün yekunlarına dair mətbuat konfransı da keçiriləcəklər.