Vergilər naziri Mikayıl Cabbarov Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən unikal.org-a verilən məlumata görə, qəbulda Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayon sakinləri iştirak ediblər.

Qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işə bərpa, vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.