Yay mövsümü və ölkəyə günü -gündən artan turist axını kirayə avtomobillərə tələbatı xeyli artırıb.
Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, şəhərdaxili 1 günlük avtomobil kirayəsi minimum 50 manata başa gəlir. Avtomobil kirayəsi ilə məşğul olan Ümid Bədirovun sözlərinə görə, şəhərdaxili ən çox ekonom sinifinə aid olan avtomobillərə tələb var.
Şəhərdən kənara, xüsusən də dağlıq zonalara gedənlər daha çox "Niva"ları kirayələyirlər.
Lüks sinfinə aid olan "offroder" tipli avtomobilləri kirayə götürənlərin də sayı kifayət qədərdir. Bu avtomobillərin 1 günlük kirayəsi 150-300 manatdır.
Avomobil icarayə verən şirkətlərin bəziləri icarə müddəti başa çatana qədər 100-200 manat məbləğində depozit də alırlar. Əgər avtomobil geri qaytarılarkən hər hansı bir problem aşkarlanmırsa, depozit tam şəkildə müştəriyə qaytarılır.
Bundan başqa, icarəyə verilən avtomobillərin bəziləri "full-paket" kasko sığortalı olur. Bu isə o deməkdir ki, hər hansı bir qəza zamanı avtomobilə və içərisində olan müştərilərə dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilir.