Bakıda bu gün səhər saatlarında 17-ci mərtəbədən özünü ataraq intihar etdiyi bildirilən gənc qızla bağlı yeni nüanslar meydana çıxıb.
Unika.org "Sputnikə istinadən xəbər verir ki, müstəntiqlər hadisənin intihar olduğu barədə qənaətə gəlməyə tələsmirlər. Çünki 18 yaşlı Vəliyeva Nərgiz Rövşən qızı həmin binada yaşamırmış və hadisədən əvvəl mənzildə tək olmayıbmış.
İstintaq hazırda həmin gecə gənc qızla birlikdə olan şəxsi -gənc oğlanı axtarır. İstisna deyil ki, söhbət qətldən gedir. Belə ki, qızın balkondan aşağı atıldığı versiyası istisna olunmur. Çünki qonşular mənzildə dava-dalaş və qadın ağlaması səsi eşidiblər, ardınca tappıltı səsi gəlib və alt paltarında gənc qızın aşağı atıldığı məlum olub.
Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş.
"Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı", - deyə şahidlər bildiriblər.
Məlumata görə, həmin qadın özünü binanın 17-ci mərtəbəsindən atıb: "Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal atdılar".
"Bir azdan qızın anası gəldi. Təəccüblə "bura haradır, mənim qızımın burada nə işi var?" dedi. Mənzərə çox vahiməli idi", - deyə hadisəni video-lentə alan qonşular bildiriblər.
***
Yasamal Rayon Prokurorluğundan virtualaz.org-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva özünü Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 24 B saylı binanın 17-ci mərtəbəsinin dəhlizindən ataraq intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.