Qrafikdən göründüyü kimi, Azərbaycanın iyun ayı üzrə ən kriminal şəhəri Sumqayıt (kriminal xarakterli 26 cinayət) olub.
Ən çox oğurluq hadisəsi Abşeron rayonunda (14 cinayət), soyğunçuluq isə Bakının Nəsimi və Xəzər rayonlarında (4 hadisə) qeydə alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət bugünkü "reytinqin lideri olan Sumqayıtda (10 hadisə) baş verib.
Qobustan, Ucar, Şamaxı, Qusar, Daşkəsən, Beyləqanı kriminal cəhətdən ən sakit rayonlarhesab etmək olar. Belə ki, bu rayonlarda iyun ayı ərzində heç bir cinayət faktı qeydə alınmayıb.
Qeyd edək ki, materialın hazırlanmasında Azərbaycan DİN-in gündəlik məlumatlarından istifadə olunub.