CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 17-də 73,34 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,45 dollar dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 17-də 72,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 17-də 68,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 17-də 71,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.