Hansı həkimə gediriksə, mütləq bol maye, adi su içməyimizi tövsiyyə edir. Su içməyin faydaları haqqında o qədər miflər gəzir ki, adam lap günə bir vedrə su tükətmək istəyir. Amma elə adam var ki, su içə bilmir ki, bilmir.
Necə bilmək olar ki, kifayət qədər su içirik?
Sutkalıq maye norması
Unikal.org medicina.az-a istinadən bildirir ki, dietoloqlar gündə 8 stəkan su içməyə qarşıdır. Təbii ki, söhbət peşəkar dietoloqlardan gedir. Çünki son zamanlar çoxu ümumi məsləhət naminə elə hamıya 8 stəkan suyun faydalarını sayır. Əslində isə sutkalıq su miqdarı norması hər insana görə dəyişir və fərdidir.
Tibbi baxımdan bədən çəkisinin hər kiloqramına görə təxminən 40-60 ml su hesablanır. Yəni əgər 60 kq çəkiniz varsa, maksimum 2 litr su içə bilərsiz. 80 kq-dan yuxarı insanlar üçünsə 2,5-3 litrdir. Bundan çox içmək mümkün deyil, həm də səy və inad tələb edir. Nəzərə alın ki, gündəlik normanı 1-2 saatın içində bitirmək olmaz. Tutaq ki, oxuduz ki, sizə 2 litr su lazımdır. 1 litrini içib, birini də bir saatdan sonra içmək təhlükəlidir. Məsələn fakt var ki, 3 amerikalı əsgər bir neçə saatın içində 20 litr su içdiklərinə görə ölmüşdülər. Yəqin ki, onlar mərcə gəlmişdilər.
Yayda norma artır, amma yenə də məcbur deyil
Isti havalarda tər ilə bədəndən maye itkisi çox olduğundan, insan daha çox su tükətməlidir. Amma minimum normanın bir qədər üstündə. Məsələn 50-55 kq-lıq insan sutkada 3 litr, 80 kq-lıq isə 5 litr. Isti havalarda daha çox fiziki aktivlik göstərən insanlar bu həddi aşa bilər. fəhlə çalışanlar, idmanla məşğyl olanlar, açıq havada çox olanlar - normanın yuxarı həddində su qəbul edə bilər. Unutmayın ki, təhlükəsiz norma günə 2,5-3 litrdir.
Qidadan su
Hansı hallarda maksimum su içmək lazımdır?
İsti havada iş görərkən, qaçış zamanı, həmçinin müəyyən xəstəliklərdə: bağırsaq pozulmaları, diareya, qızdırma, qrip, çox tərləmə, əsəb və stress zamanı maye qəbulu artmalıdır.
Kİmlərə çox su içmək zərərlidir?