2018-ci ilin yanvar-may aylarında Azərbaycanda xarici ticarət dövriyyəsinin 84,6 faizi İtaliya, Türkiyə, Rusiya, İsrail, Almaniya, Tayvan (Çinin əyaləti), Çin, İndoneziya, ABŞ, Çexiya, Kanada, Ukrayna, Gürcüstan, Hindistan, Fransa, Portuqaliya, Birləşmiş Krallıq, İspaniya və Avstriya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiyanın, 15,8 faizi Türkiyənin, 10,2 faizi Çinin, 7,6 faizi Almaniyanın, 4,8 faizi ABŞ-ın, 4,2 faizi Ukraynanın, 3,4 faizi İtaliyanın, 3,0 faizi İranın, 2,7 faizi Belarusun, 2,4 faizi Birləşmiş Krallığın, 2,0 faizi Yaponiyanın, 1,9 faizi Qazaxıstanın, hər biri 1,6 faiz olmaqla Çexiya, Fransa və Koreyanın, 1,4 faizi Türkmənistanın, 18,4 faizi isə digər ölkələrin payına düşüb.
İdxalda maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, ərzaq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, tütün məmulatları, mebel və onun hissələrinin dəyəri üstünlük təşkil edib.