Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir.
Bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir.
Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb - 0,9-1 manata yüksəlib: "Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq.
Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb.