Bakıda metal qəbulu məntəqəsində işləyən 20 yaşlı gənc iş yoldaşı tərəfindən qətlə yetirilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu işlədiyi metal qəbulu sexində iş yoldaşı arasında mübahisə düşüb. Nəticədə adı hələlik məlum olmayan iş yoldaşı Q.Hüseynova küt alətlə vuraraq qətlə yetirib.

Mərhumun yaxınlarının sözlərinə görə, Q.Hüseynov 2 aydan çoxdur ki, həmin sexdə işləyib. İki həftə bundan qabaq iş yerində mübahisə düşdüyü üçün işdən çıxaraq evə gəlib. Daha sonra oranın müdiri Tərlan adlı şəxs Qafar Hüseynova zəng vuraraq, işə gəlməyini istəyib. Yenidən Bakıya iş yerinə qayıdan Qafar ölümündən təxminən 2 saat öncə əmisi oğlu ilə danışıb və hər şeyin yaxşı olduğunu söyləyib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.