Xəbər verdiyimiz kimi, bu ilin aprel ayının 30-da Ukrayna parlamentində Pyotr Poroşenkonun Blokunun deputatı olan Mustafa Nayyemə bir qurup şəxs tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. Onu döyənlərdən biri çeçen vətəndaşı Magomed-Amin Saitov hadisə baş verdikdən sonra Bakıya gəlib. Mayın 5-də Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşları Ukraynanın istintaqının tələbi ilə onu saxlayıblar.



Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən ölkənin Baş Prokurorluğu hadisə ilə bağlı Magomed-Amin Saitovun ekstradisiyası üçün Azərbaycan Baş Prokurorluğuna müraciət edib.

Azərbaycan hüquq-mühafizə orqanları hadisə ilə bağlı dərhal araşdırmaya aparıblar. Artıq araşdırmanının nəticəsi barədə Azərbaycan Baş Prokurorluğu Ukraynaya cavab verib.

Azərbaycan, Mustafa Nayemin döyülməsində əsas şübhəli olan Magomed-Amin Saitovu Ukraynaya təhvil verməkdən imtina edib.

Azərbaycan Baş Prokurorluğu onu təhvil vermək üçün heç bir əsasın olmadığını bildirib.