Son 5 ildə Londonda türklər arasında ən bahalı əmlak alan Azərbaycanlıdır.

Unikal.org xəbər verir ki, bu sözləri "Allytta Əmlak Konsultasiya (CEO) şirkətinin icraçı direktoru Neşe Jenkins bildirib. O vurğulayıb ki, sözügedən ildə 85 min türk son 5 il ərzində ümumilikdə 1 milyon sterlin ödəyərək şəxsi evə sahib olublar.

Amma türklər arasında Londonda ən bahalı mülk sahibi isə Azərbaycanlıdır. Şirkət rəsmisi sözügedən Azərbaycanlının adını çəkməsədə bildirib ki, o, 140 milyon sterlinqə Londonda mənzil alıb. Bir müddət əvvəl isə Türkiyə vətəndaşı 90 milyon sterlinqə Londonun məşhur ərazisindən ev alıb.