Şabran sakini həyətində becərdiyi çətənə kollarını istifadə edə bilməyib.
Unikal.org-un verdiyi məlumata görə, iyulun 28-də Şabran RPŞ-ə daxil olmuş məlumata əsasən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ş.Sətiyevaya məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Evə baxış zamanı həyətdə dibçəklərdə hündürlüyü 15-20 sm olan 5 ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.